Hüseyn Dəryanın ölümü ilə bağlı cinayət işi açılıdı
16 Mart 2014 Bazar 10:10
Ötən gün dünaysını dəyişən Azərbaycanın məşhur reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ötən gün dünaysını dəyişən Azərbaycanın məşhur reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu barədə ANS PRESS-ə Xəzər rayon prokurorluğundan məlumat verilib. Açılan cinayət işi müstəntiq Eldar Əliyevin rəhbərliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Hüseyn Dərya ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hüseyn Dəryanın dəfn mərasimi bu gün baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar