Hüseyn Arabulun barəsində cinayət işi başlanıb
04 İyun 2009 Cümə Axşamı 17:05
Başlanmış cinayət işi üzrə iş adamının həbs edilməsi mümkündür

“Barmek-Azərbaycan” şirkətinin prezidenmti Hüseyn Arabulun barəsində cinayət işi başlanıb. İş damının vəkili Abbas Atakişi ANS PRESS-ə bildirib ki, Azərbaycan Cinayət Maddəsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz pozma) maddəsi ilə başlanmış cinayət işi üzrə iş adamının həbs edilməsi mümkündür. Bir neçə dəqiqədən sonra Hüseyn Arabulun həbs olunub-olunmaması məsələsi barədə hüquq mühafizə orqanlarının qərarı məlum olacaq. Vəkilin sözlərinə görə, çünki məhkəmə H. Arabulun icazəsiz başqa yerə getmə və ölkədən çıxmağını qadağan edib.
Qeyd edək ki, H. Arabul hazırda Dövlət Sərhəd Xidmətində saxlanılır. O, Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Onu iyunun 3-də Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar.

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin rəhbəri Hüseyn Arabul CM-nin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilərək 5 il şərti azadlıqdan məhrum edilib.
Xatırladaq ki, «Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.


Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar