Hüseyn Arabulun azad edilməsi üçün apellyasiya şikayəti verilib
06 İyun 2009 Şənbə 12:55
Onun sanitar hissəyə yerləşdirilməsi üçün təcridxana rəhbərliyinə müraciət olunub

“Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabulun həbsdən azad edilməsi üçün apellyasiya şikayəti verilib. İş adamının vəkili Abbas Atakişi ANS PRESS-ə bildirib ki, H. Arabulun barəsində həbs-qətimkan tədbiri əsassız ittiham əsasında seçilib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətində 2 aylıq həbs-qətimkan tədbiri haqda qərarın ləğvi xahiş olunub: “Haqq-ədalət gözləyirik. Onun azadlığa çıxmasının mümkün olacağına inanırıq”.
A.Atakişi müdafiə etdiyi şəxsin səhhətində problemlər olduğunu vurğulayıb: “Hüseyn Arabul qan təzyiqi, şəkərli diabetdən əziyyət çəkir, gözündən əməliyyat aparılıb. Təcridxana rəhbərliyinə onun sanitar hissəyə yerləşdirilməi üçün müraciət etmişəm”.
Qeyd edək ki, H. Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə, Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanıılıb. Ona qarşı Cinayət Maddəsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) cinayət işi başlanıb, barəsində 2 ay müddətinə həbs-qətiimkan tədbiri seçilib. Hazırda o, Bayıl təcridxanasında saxlanılır.
H. Arabul 2007-ci ildə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti azadlıqdan məhrum edilib. Hökmə əsasən o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar