Hüseyn Arabula hökm oxunub
18 Sentyabr 2009 Cümə 20:05
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hüseyn Arabul 2 il, Azərbaycan vətəndaşları Famil Quliyev 1,6 il, Mahir Lətifov, Eynur Hüseynov və Ramal Ələkbərov 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Türkiyə vətəndaşı Ayhan Dönməzə isə 1 il şərti cəza verilib.

Qeyd edək ki, adları çəkilən şəxslər sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar.

Xatırladaq ki, “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar