Hüquqi yardım almaq istəyənlərin nəzərinə
27 Oktyabr 2014 Bazar Ertəsi 16:16
Azərbaycanda hüququ yardım almaq istəyənlərin nəzərinə.
Azərbaycanda hüquqi yardım almaq üçün inzibati orqana müraciət edən və imtina cavabı alan şəxs bununla bağlı yuxarı inzibatı orqana müraciət etdikdə həmin qurum bu məsələyə 5 gün ərzində baxmalıdır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən parlamentə daxil olmuş “İnzibati icraat haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində qeyd edilib.

Layihədə inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardımın müddəti müəyyən edilib.

Layihəyə görə, inzibati orqan bəzi hallar istisna olmaqla (qanunun 71 və 7.2-ci maddələri) müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardımın göstərilməsini təmin etməlidir. Hüquqi yardımın göstərilməsi üçün daha artıq müddət tələb olunduqda həmin vaxt 15 gün də uzadıla bilər.

Layihədə o da qeyd olunur ki, inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan ekspert və ya mütəxəssis cəlb edə bilər. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malık olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etməyəcək.

Qeyd edək ki, layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar