Hüquqi şəxslər on-layn rejimində qeydiyyata alına biləcəklər
11 İyul 2011 Bazar Ertəsi 14:38
Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.
İyulun 1-dən etibarən Azərbaycanda fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanılmasından indiyədək 75 fiziki şəxs internet vasitəsilə qeydiyyata düşüb və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) alıb. Bu barədə vVergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.
Hüquqi şəxslərin on-layn rejimində qeydiyyata alınması məsələsinə münasibət bildirən Natiq Əmirov deyib: “Hüquqi şəxslərin on-layn rejimində qeydiyyata alınması daha mürəkkəb prosesdir. Ölkədə təkcə Azərbaycanın hüquqi şəxsləri deyil, xarici hüquqi şəxslər də fəaliyyət göstərirlər. Bu qeydiyyatın başlanması üçün ən mühüm şərt elektron imzanın mövcud olmasıdır. Hazırda bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində fəal iş aparılır. Yaxın vaxtlarda elektron imzanın tətbiqinə başlanacaq. Qanunvericilikdə müvafiq dəyişiklikdən sonra 2012-ci ildə hüquqi şəxslərin ilkin qeydiyyatını elektron qaydada həyata keçirə biləcəyik”.
Natiq Əmirov onu da qeyd edib ki, fiziki şəxs istəsə öz fəaliyyətini müvəqqəti olaraq dayandırması barədə internet vasitəsilə elektron ərizə təqdim edə bilər. Bu ərizələr sistem tərəfindən qeydiyyata alınaraq icra edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: