Hökumət KİV-lərə vəsait ayırdı
29 İyun 2011 Çərşənbə 12:40
Nazirlər Kabineti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetasını təsdiq edib.
Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetasını təsdiq edib. ANS PRESS Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, cəmi xərclər 2 milyon 406 min 464 manat nəzərdə tutulub.

Bunun 397 min 202 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saxlanılmasına,

1.1. ştatda olan işçilərin əməkhaqqı 39 min 600

1.2. ştatdankənar işçilərin əməkhaqqı 20 min

1.3. əməyin ödənişi ilə bağlı sair pul ödənişləri 18 min 502


1.4. Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 17 min 182

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların və forumların təşkili, Fondun üzvlərinin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və Fondun fəaliyyəti ilə bağlı digər xərclər üçün 301 min 918 manat nəzərdə tutulub.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi xərcləri 1 milyon 300 min manat nəzərdə tutulub.

"Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 114 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalları və "Ədəbiyyat", "Savalan" qəzetləri redaksiyalarına ayrılan xərclər isə 709 min 262 nəzərdə tutulub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar