Hicran Hüseynova BMT-nin sessiyasında çıxış edəcək
05 Mart 2014 Çərşənbə 04:11
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Nyu-York şəhərinə yola düşəcək.
Komitədən verilən məlumata görə, martın 10-dan 21-dək keçiriləcək sessiyada dövlət və hökumət nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edəcəklər.
Səfər çərçivəsində BMT-nin əhali və uşaq fondlarının rəhbərləri ilə görüş də nəzərdə tutulur.
Komitənin sədri Hicran Hüseynovanın sessiyanın açılışında çıxışı nəzərdə tutulub.
Sessiya çərçivəsində qızların və qadınların hüquqlarının müdafiəsi, İstanbul Konvensiyasının qəbulu, məişət zorakılığının qarşısının alınması, qadınların reproduktiv hüquqlarının müdafiəsi, QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcəkdir.
DOSTLARINLA PAYLAŞ: