Ölkə

Həzi Aslanov ev muzeyi əsaslı təmirə dayanıb

General Həzi Aslanov yubileyinə iki gün qalmış işlər tam başa çatdırılacaq

· Xəbərçi
Həzi Aslanov ev muzeyi əsaslı təmirə dayanıb
Lənkəranda general Həzi Aslanovun ev muzeyi 40 ildir ki, fəaliyyət göstərir. Əfsanəvi qəhrəmanın 100 illiyi ərəfəsində ev muzeyinin əsaslı təmirinə başlanılıb. Artıq üçüncü aydır ki, təmir-bərpa işləri davam edir. Ev muzeyinin direktoru Tamara Fətullayevanın dediyinə görə, yubileyə iki gün qalmış işlər tam başa çatdırılacaq.

Muzeyin yeni ekspozisiyası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən qurulacaq. Bu barədə ötən il Lənkəranda olarkən Həzi Aslanovun ev muzeyinə baş çəkmiş nazir Əbülfəs Qarayev göstəriş verib. Odur ki, muzeyin eksponatları artıq Bakıya göndərilib və yeni ekspozisiya yaxın günlərdə qurulacaq. ANSPRESS

Şərhlər