Ölkə

Heyvandarlıqda məhsuldarlıq artıb

Heyvandarlıqda məhsuldarlıq artıb. Bu il Azərbaycanda ət istehsalı 278 min tona çatıb.

· Xəbərçi
Heyvandarlıqda məhsuldarlıq artıb
Bu il Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında 4 faizə qədər artım gözlənilir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov ANS TV-yə bildirib ki, son illər heyvandarlıqda məhsuldarlığın artması ilə yanaşı mal-qaranın baş sayı da sabit olaraq artır.

Statistik rəqəmlərə görə, bu ilin 11 ayında Azərbaycanda ət istehsalı 0,3 faiz artaraq 278 min tona çatıb. Yanvar- noyabr aylarında süd istehsalı 3,1, yumurta 9,3, yun istehsalı isə 4,6 faiz artıb. ANSPRESS

Şərhlər