Heydər zirvəsinə yürüş başa çatıb
10 May 2011 Çərşənbə Axşamı 15:12
Heydər zirvəsinə yürüş başa çatıb


Bakı. Sevil Valehova - APA. Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Ekosport” idman klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüşü başa çatıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, yürüş mayın 7-də Bakı şəhərindən başlayıb və Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib. Günün sonunda isə yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar: “Ekspedisiya üzvləri mayın 9-da qarşıya qoyulan məqsədə çatıb və dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər zirvəsinə qalxaraq ulu öndərin barelyefi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə təşkil olunan yürüş artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar