Heydər Əsədov görüşdə Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinlərini dinləyəcək.
Heydər Əsədov vətəndaşlarla görüşəcək. ANS PRESS-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri mart ayının 14-də saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edəcək.
Nazir görüşdə Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinlərini dinləyəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu (
[email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.