Heydər Əliyevin keçmiş tərcüməçisi vəfat edib
05 May 2014 Bazar Ertəsi 12:15
Tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı insult keçirərək dünyasını dəyişib.
Azərbaycan elminə böyük itki üz verib. Mayın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) Müasir alman dili kafedrasının professoru, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib.
Bu barədə ANS PRESS-ə mərhumun qohumu Orxan Qurbanlı məlumat verib. Onun sözlərinə görə, tanınmış alim Novxanı qəsəbəsindəkı qəbirstanlıqda dəfn olunub.
Qeyd edək ki, tanınmış alim Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Məhəmməd Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” romanını, Erix Mariya Remarkın “Lissabon gecəsi” romanını alman dilindən Azərbaycan dilinə çevirib. Bundan başqa tanınmış alim Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətindən mükafat alıb.
O, bir müddət Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.
Qeyd edək ki, Çərkəz Qurbanlı aprelin sonlarında insult keçirmişdi.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: