Heydər Əliyevin keçmiş tərcüməçisi Çərkəz Qurbanlı insult keçirdi
28 Aprel 2014 Bazar Ertəsi 17:19
Çərkəz Qurbanlı hazırda süni nəfəs aparatına qoşulub.
Azərbaycanlı tərcüməçi Çərkəz Qurbanlı insult keçirib. Bu barədə ANS PRESS-ə açıqlamasında Çərkəz Qurbanlının qardaşı oğlu Orxan Qurbanlı deyib. O bildirib ki, artıq 4 gündür ki, Ç.Qurbanlı xəstəxanaya yerləşdirilib: "Hazırda Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağırdır".

Xəstəxanadan verilən məlumata görə, proferssor Çərkəz Qurbanlı hazırda süni nəfəs aparatına qoşulub. Həyatı təhlükəsinin olduğunu deyən həkimlər, Ç.Qurbanlının beyin qan dövranının pozulduğunu bildiriblər.

Qeyd edək ki, Çərkəz Qurbanlı uzun müddət ulu öndər Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi çalışıb. "Əli və Nino" əsərinin arxivini araşdıran tərcüməçi Azərbaycan Dillər Universitetinindən elmlər namizədidir. 73 yaşlı proferssorun oğlu isə Qarabağ döyüşlərində şəhid olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar