Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi qeyd olunur
14 İyul 2009 Çərşənbə Axşamı 10:45
Bakıda Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi qeyd olunur. Bayram konsertinin sonunda atəşfəşanlıq olacaq

 

Bu gün Bakıda Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi qeyd olunacaq.

Bu münasibəti ilə bu gün Milli Parkda konsert proqramı keçiriləcək. Bakı şəhər icra hakimiyyətinin təşkil etdiyi konsert saat 21:00-də saat qülləsinin yanında, ağ fəvvarənin qarşısında təşkil olunacaq. Bayram konsertinin sonunda isə atəşfəşanlıq olacaq.

Qeyd edək ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda mərkəzi komitənin birinci katibi seçilib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar