Heybət-Puta dəmir yolunun daha 1,5 kilometri təmir edilib
04 Avqust 2011 Cümə Axşamı 20:18
Dəmir yolu xəttinin altından keçən avtomobil keçidi yenidən qurulur.
“Azərbaycan Dəmir Yolları” QSC Heybət-Puta mənzilinin 515-ci kilometrində dəmir yolu xəttinin qoyuluşunu tamamlamaq üzrədir. QSC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir dəmir yolu xəttinin altından keçən avtomobil keçidinin yenidən qurulması ilə əlaqədardır.
Avqustun 3-4-də yeni tikilmiş körpünün üzərindən keçən 1,5 km yolun əsaslı təmiri həyata keçirilib. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin “Dəmiryolservis” MMC-nin 1 və 4 İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri aparıb.
Xatırladırıq ki, körpü üzərindən keçən tək yolun əsaslı təmiri 2010-cu ilin dekabr ayında reallaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: