Hesablama Palatası qanunsuzluqlarla qarşılaşıb
20 Aprel 2010 Çərşənbə Axşamı 18:25
Hesablama Palatası Yardımlı, Masallı, Cəlilabad və Lerik rayonunda əlilliyin verilməsi ilə bağlı nöqsanlar aşkarlayıb.
Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində cinayət xarakterli əməllər də daxil olmaqla, əlilliyin verilməsi, bəzi hallarda saxta sənəd doldurmaları və başqa xarakterli çatışmazlıqlar aşkarlanıb. Bunu jurnalistlərə açıqlamasında palatanın sədi Heydər Əsədov deyib. Onun sözlərinə görə, cənub bölgəsində - Yardımlı, Masallı, Cəlilabad, Lerik rayonlarında əlilliyin verilməsi ilə bağlı nöqsanlar aşkarlanıb: “Təkrar əlilliyin verilməsi ilə bağlı saxta sənədlərdən istifadə olunub. Nəticədə dövlətə xeyli ziyan vurulub. Hər bir rayonda audit aparılmasının nəticəsi olaraq tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət olunub. Prokurorluğun Korrupsiya İdarəsindən Hesablama Palatasına verilən rəsmi məlumata görə, hər bir işlə bağlı cinayət işi başlanılıb”.

H.Əsədov deyib ki, Hesablama Palatası görülən işlərin nəticəsini ümumiləşdirərək, mövcud təlimatlarla qanunvericilikdəki boşluqlar arasındakı ziddiyyətlərin aradan qaldırılması, büdcədə şəffaflığın artırılması üçün 25 səhifəni əhatə edən 30-dan çox təkliflə hökumətə müraciət edib. Hazırda həmin təkliflər əlaqədar qurumlarda araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar