Hərbi xidmətə çağırış haqqında
01 İyun 2009 Bazar Ertəsi 20:05
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmana əsasən, 1991-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2009-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. “Hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2009-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar