Hərbi qulluqçularla bağlı daha bir qanun qəbul ediləcək
24 Dekabr 2009 Cümə Axşamı 16:55
Bu qanun hərbi qulluqçuların hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki işlərinə bərpa olunması ilə bağlıdır
Yaxın vaxtlarda hərbi qulluqçuların mənafelərini qorumaq üçün daha bir qanunun qəbul ediləcəyi gözlənilir. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə bildirib ki, prezident tərəfindən bununla bağlı parlamentə xüsusi qanun göndərilib. Onun sözlərinə görə, bu qanun hərbi qulluqçuların hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki işlərinə bərpa olunması ilə bağlıdır.
Qanuna görə, hərbi xidmətdən qayıdan vətəndaşlar 60 gün müddətində ya əvvəlki işlərinə bərpa olunmalı, ya da işlədikləri yerdə başqa işlə təmin olunmalıdır.
Z.Əsgərovun sözlərinə görə, qanun layihəsi ya bu sessiyada, ya da yaz sessiyasında qəbul ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: