Hərbi hissələrdə xüsusi rejim elan edilib
16 İyun 2010 Çərşənbə 22:05
Hərbi hissələrdə xüsusi rejim elan edilib. Əsgərlər saat 11-dən 17-dək kazarma şəraitində saxlanılır.
Son günlər müşahidə olunan isti hava ilə əlaqədar Azərbaycandakı hərbi hissələrdə xüsusi rejim elan edilib. Havaların isti keçməsi ilə əlaqədar günvurmadan qorumaq məqsədilə əsgərlər saat 11-dən 17-dək kazarma şəraitində saxlanılır.

Yay mövsümü başlayandan isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına artıq günvurma ilə bağlı 9 nəfər müraciət edib . Əsasən yaşlı insanlar, uşaqlar və xroniki xəstələrin isə saat 12-dən 17-yə qədər günəş şüaları altında olmağı, eləcə də işləməyi məqsədəuyğun hesab edilmir.

Qeyd edək ki, bu gün aran rayonları və Naxçıvanda havanının hərarəti 39, Bakı və Abşeron yarımadasında isə 37 dərəcə olsa da, axşam saatlarından etibarən temperatur aşağı düşməyə başlayıb. Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədovun verdiyi məlumata görə, iyunun 16-dan axşam saatlarından etibarən hava şəraiti qeyri-sabit keçəcək. Həftə sonuna qədər külək əsəcək, yağış yağacaq. Bəzi yerlərdə lokal xarakterli leysan yağışları gözlənilir. Şimal-qərb küləklərinin əsməsi ilə əlaqədar əvvəlki günlərlə müqayisədə havanın temperaturu 1-2 dərəcə aşağı düşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar