Herbi Hava Qüvvelerinin komandanı Altay Mehdiyev vezifeden getdi
24 Oktyabr 2013 Cümə Axşamı 20:27
Herbi Hava Qüvvelerinin komandanı Altay Mehdiyev ve Müdafie Nazirliyinin idare rəeisi Memmed Beydullayev vezifelerinden azad edilibler.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər.

M.Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub. F.Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.

Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar