Ölkə

Hərbi çağırışı başlayıb

Hərbi çağırışı başlayıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc əsgəri xidmətə yollanacaq.

· Xəbərçi
Hərbi çağırışı başlayıb
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.

Fərmanın tələblərinə uyğun olaraq, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.
ANSPRESS

Şərhlər