Hərbçilərimizin sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama
16 Mart 2014 Bazar 10:58
Müdafiə Nazirliyindən hərbi hissələrdə hərbi qulluqçuların sağlamlıqlarına diqqətin artırılması və onların dərman preparatları ilə təmin edilməsi ilə bağlı açıqlama veriblər.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, hərbi qulluqçulara tibbi yardımın göstərilməsi, onların müalicəsi, əmək və döyüş qabiliyyətlərinin bərpa olunması istiqamətində qoşunların tibbi təminatı tədbirləri tam həcmdə və yüksək səviyyədə aparılır.
“Hərbi qulluqçulara vaxtlı-vaxtında tibbi yardım göstərilir, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət olunur”,- deyə Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab veriblər.
DOSTLARINLA PAYLAŞ: