Hərbçilərimiz NATO tədbirlərində iştirak edəcəklər
01 Fevral 2014 Şənbə 11:23
Tədbirlər NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq həyata keçiriləcək.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirlər NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq həyata keçiriləcək.

Fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar