Hərbçilərimiz Assambleyada iştirak edəcək
01 May 2014 Cümə Axşamı 10:21
Ekvadorun Quito şəhərində Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mayın 3-dən 10-dək Ekvadorun Quito şəhərində Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək.
Assambleyada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Xatırladaq ki, Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə bir neçə gün öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdə olub.
Səfər çərçivəsində Braziliyanın Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri komandanlıqlarında, eləcə də Müdafiə Sənayesi Katibliyində görüşlər keçirilib, tərəflərin Müdafiə qurumları arasında hərbi, hərb-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb və əsas istiqamətləri müəyyən edilib.
DOSTLARINLA PAYLAŞ: