Hərbçilərimiz Almaniyaya gedir
14 May 2014 Çərşənbə 09:41
Hohenfels şəhərində təlim kursu keçiriləcək.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mayın 16-dan 21-dək Almaniyanın Hohenfels şəhərində Əməliyyat İmkanları
Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə qiymətləndiricilər üçün 28-ci təlim kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, bu gün Bakı şəhərində Hərbi Dəniz Qüvvələri zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin ekspert qərargah görüşü keçiriləcək. Görüşün sabah yekunlaşacağı bildirilir.
DOSTLARINLA PAYLAŞ: