Hərbçilərimiz Almaniya və ABŞ-da kurslara qatılacaq
12 İyun 2011 Bazar 13:14
Kurslara iyunun 14-dən start veriləcək
İyunun 14-də Almaniyanın Hamburq şəhərində “Avropa təhlükəsizliyi-2011” kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, tədbirdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
Kurs iyulun 8-də başa çatacaq.
Həmçinin hərbçilərimiz iyunun 15-də ABŞ-ın San-Antonio şəhərində piyada zabitinin təməl kursuna qatılacaqlar. Kurslarda iştirak Azərbaycan-ABŞ iş planına əsasən baş tutacaq.
Kurs 2012-ci il yanvarın 5-də başa çatacaq.
DOSTLARINLA PAYLAŞ: