Heqiqi herbi xidmete çağırış yaşı artırılacaq
06 Noyabr 2013 Çərşənbə 13:52
Heqiqi herbi xidmete çağırış yaşı artırılacaq. Optimal variant kimi çağırış yaşının 20-ye qaldırılması teklif olunur.
Azerbaycanda heqiqi herbi xidmete çağırış yaşının artırılması ile bağlı teklif gelen ilin evvellerinde hökumete teqdim olunacaq.

Bu barede APA-ya herbi menbelerden melumat verilib. Bu ilin evvelinde analoji teklifin hökumetde ilkin müzakiresi aparılsa da, bezi meselelerin esaslandırılmasında yaşanmış problemlerle elaqedar müzakireler dayandırılıb.

Ziddiyyetli meqamlar artıq aradan qaldırıldığı üçün teklif yeniden hökumetin müzakiresine çıxarılır.

Hökumetde razılaşdırma prosesi keçdikden sonra teklifler Prezident Administrasiyasına ve prosedura uyğun olaraq mövcud qanunvericiliye deyişiklik edilmesi üçün parlamente teqdim olunacaq.

Tekliflerde Silahlı Qüvvelerde çağırış yaşının 19-a qaldırılması eksini tapır. Lakin ilkin müzakirelerde 20 yaşın daha optimal variant olduğu qeyd edilib.

Qeyd edek ki, hazırda Azerbaycanda genclerin herbi xidmete çağırış yaşı 18-dir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar