Heqiqi herbi xidmetde olmanın son yaş heddi artırıla biler
20 Noyabr 2013 Çərşənbə 17:25
Mayor, polkovnik-leytenant 50, polkovnik ve ona beraber herbi rütbesi olan zabitler üçün ise 55 yaş teklif olunur.
Azerbaycanda dinc dövrde baş ve ali zabitler üçün heqiqi herbi xidmetde olmanın son yaş heddinin artırılması teklif olunur. ANS PRESS-in melumatına göre, bu barede APA-ya Milli Meclisden bildirilib. Bununla bağlı bir qrup deputat terefinden “Herbi xidmet haqqında” qanunun 16-cı maddesine teklif olunan deyişiklikler layihesinin müzakireye çıxarılması gözlenilir.
Deyişikliye esasen, baş zabitlerden mayor, polkovnik-leytenant ve onlara müvafiq herbi rütbeleri olan zabitler üçün son yaş heddi 50 yaş, polkovnik ve ona beraber herbi rütbesi olan zabitler üçün ise 55 yaş teklif olunur. Ali zabitlerden general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral üçün 60 yaş, general-polkovnik, admiral rütbelerinde olanlar üçün ise 65 yaş teklif olunur. Layihenin gelen il müzakireye çıxarılması planlaşdırılır.
Maddenin hazırda qüvvede olan variantı ise beledir: “Dinc dövrde heqiqi herbi xidmetde olmağın son yaş hedleri müeyyen edilir:
Müddetli heqiqi herbi xidmet herbi qulluqçuları üçün - 37 yaş;
Müddetden artıq heqiqi herbi xidmet herbi qulluqçuları, gizirler ve miçmanlar üçün - 45 yaş;
Kiçik zabitler üçün - 48 yaş;
Baş zabitler üçün:
mayor, polkovnik-leytenant ve onlara müvafiq herbi rütbeleri olan zabitler üçün - 48 yaş;
polkovnik ve ona beraber herbi rütbesi olan zabitler üçün - 53 yaş;
Ali zabitler üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbelerinde - 63 yaş.
Ordu generalı üçün son yaş heddi müeyyen edilmir”.
DOSTLARINLA PAYLAŞ: