Həmsədrlər bəyanat yayıb
24 Mart 2011 Cümə Axşamı 21:45
həmsədrlər cəbhə bölgəsindəki qətlləri və qisasları qəti şəkildə pisləyiblər
ATƏT-in Minsk qrupu həmsdərləri - Bernard Fasiye, Robert Bradke, İqor Popov regiona səfərləri ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bölgədəki hazırkı vəziyyətin qəbul edilməz olması vurğulanıb. Eyni zamanda probelmin sülh və danışıqlar yolu ilə həllinin orada yaşamış və hal hazırda orada yaşayan əhaliyə daha yaxşı və aydın gələcək vəd etdiyi qeyd edilib.
Həmsədrlər 5 mart Soçi görüşündə əldə olunan müsbət irəliyişlərdən sonra müzakirələr aparmaq üçün yaxın gələcəkdə yenidən bölgəyə səfər edəcəklərini bildiriblər. Onlar həm də Soçi görüşündə tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin yetirinə yetirlməsi ilə bağlı araşdırma aparacaqlarını vurğulayıblar.
Sərhəddə və ictimai bəyanatlarda tərəflərin səbr nümayiş etdirməsinin vacibliyini qeyd edən həmsədrlər, mülkü təyyarələrə qarşı hərbi gücdən istifadə edilməsini yolverilməz hesab edirlər. Buna görə də, həmsədrlər cəbhə bölgəsindəki qətlləri və qisasları qəti şəkildə pisləyiblər.
DOSTLARINLA PAYLAŞ: