Həlak olan pilot II Fəxri Xiyabanda dəfn olunacaq
04 Mart 2010 Cümə Axşamı 17:15
Həlak olan pilot II Fəxri Xiyabanda dəfn olunacaq. Hazırda Xiyabanda hazırlıq işləri görülür.
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsində təlim zamanı qəzaya uğrayaraq həlak olan N saylı hərbi hissənin qərərgah rəisi, 34 yaşlı polkovnik-leytenant Famil Elman oğlu Məmmədli II Fəxri Xiyabanda dəfn olunacaq. ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda Xiyabanda dəfn mərasiminə hazırlıq işləri gedir. Xiyabanın ərazisinə jurnalistlər və kənar şəxslər buraxılmır.
Dəfn mərasiminin fəxri qarovul və hərbi orkestrlə müşayiət olunacağı, yaylım atəşinin açılacağı gözlənilir.
Xatırladaq ki, dünən saat 17:00 radələrində Su-25 tipli qırıcı təyyarə təlim zamanı Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisindən təxminən 6 kilometr kənarda Zəyəm çayının üzərindəki körpünün yaxınlığında yerə düşüb. Təyyarənin qabaq hissəsi təxminən 1 metrə qədər torpağa batıb, təyyarənin qırıntıları bir neçə metr radiusda səpələnib və təyyarə bir necə yerə parçalanıb.
Qəza yeri yaşayış məntəqəsindən uzaq olduğundan mülki əhali arasında xəsarət alan yoxdur.
Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.
Qeyd edək ki, əslən Ağsu rayonunun Abasxanlı kəndindən olan Famil Elman oğlu Məmmədli ali təhslini Türkiyədə təhsil alıb. E. Məmmədli 1996-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Evlidir, bir qızı 1 qızı, 2 əkiz oğlu qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: