Ölkə

Həkimlərin və müəllimlərin maaşları qaldırıla bilər?

Bu, may ayında mümkün olacaq

· Xəbərçi
Həkimlərin və müəllimlərin maaşları qaldırıla bilər?
Parlamentdə bir sıra millət vəkilləri həkimlərin maaşının artırılması məsələsini qaldırmaq niyyətindədir. Bu, may ayında büdcənin xərclər hissəsinə yenidən baxılacağı halda mümkün ola bilər.

Millət vəkili Musa Quliyev ANS-ə müsahibəsində bildirib ki, həkimlərin maaşı orta əmək haqqından aşağıdır.

“Biz məsələni qaldıracağıq. Əgər may ayında büdcə profisiti ilə bağlı xərclərə yenidən baxılarsa həm həkimlərin, həm də müəllimlərin maaşlarının artırılması ilə bağlı məsələni gündəliyə çıxaracağıq”, - deyə millət vəkili bildirib.

Şərhlər