Həkimlərimiz kurs keçəcək
15 İyul 2014 Çərşənbə Axşamı 11:55
Bakıda şüa diaqnostikası, pediatriya və səhiyyənin idarə edilməsi üzrə kurslar təşkil olunacaq.
Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyasının mütəxəssisləri tərəfindən oktyabr-noyabr aylarında Bakıda şüa diaqnostikası, pediatriya və səhiyyənin idarə edilməsi üzrə kurslar təşkil olunacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın dövlət xəstəxana və tibb mərkəzlərində çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər kurslarda iştirak edə bilərlər. Bunun üçün həkimlər avqustun 1-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) müraciət etməlidirlər.

Kurslar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar