Həftəsonu yağış gözlənilir
13 May 2011 Cümə 11:21
Bəzi rayonlarda yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var
Həftəsonu ölkə ərazisində yağış yağacağı ehtimal edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, bəzi yerlərdə duman olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Mayın 15-də havanın tutulub açılacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şənbə günü bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Mayın 15-də də şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti müşahidə ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar