Həftəsonu yağıntılı hava şəraiti davam edəcək
    18 Fevral 2011 Cümə 12:03
    Dağlarda 20 dərəcəyə kimi şaxta olacaq
    
                	 
    
         Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  ANS PRESS-ə verilən məlumata görə, həftəsonu  Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. 
Fevralın 20-də də buludlu hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı ehtimal edilir. Cənub-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 0-2° isti, gündüz 4-7° isti təşkil edəcək. 
Azərbaycanın rayonlarında fevralın 18-dən 19-na keçən gecə bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 4° şaxtadan 1°-dək isti, gündüz  4-8° isti, dağlarda gecə 10-15°, bəzi yerlərdə 20°-dək şaxta,  gündüz  3° şaxtadan 2°-dək isti olacaq. 
Fevralın 20-də də havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək isti, 
gündüz  3-7° isti, dağlarda gecə  8-13° şaxta, gündüz  0-4° şaxta müşahidə ediləcək.
DOSTLARINLA PAYLAŞ: