Həftəsonu hava necə olacaq?
12 Avqust 2011 Cümə 12:35
Həftəsonu hava necə olacaq?
Həftə sonu Bakıda və Abşeron yarımadasında yağmursuz, dəyişkən buludlu hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, avqustun 13-də havaların dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 32-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə təşkil edəcək.
Avqustun 14-də havalar az buludlu, yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-38 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da həftə sonu yağmursuz hava şəraiti proqnozlaşdırılır. Avqustun 13-də bölgələrdə hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Avqustun 14-də də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: