Həftəsonu hava necə olacaq?
27 May 2011 Cümə 12:04
Bakı. Sevil Valehova - APA. Bakı və Abşeron yarımadasında mayın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə arabir güclü şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq.
Mayın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 28-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə isti olacaq.
Mayın 29-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq .
DOSTLARINLA PAYLAŞ: