Həftəsonu hava necə olacaq?
18 May 2011 Çərşənbə 11:43
Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var
Həftəsonuna kimi ölkə əraizisində sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 19-da dəyişkən buludlu hava olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər zəif duman müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-26° isti olacaq.
Mayın 20-də dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-26° isti olacaq.
Azərbaycanın rayonlarında mayın 19-da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 17-22° isti təşkil edəcək.
Mayın 20-də gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 17-22° isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: