Həftəsonu hava necə olacaq?
01 Aprel 2011 Cümə 11:51
Dağlıq rayonlarda yağıntı sulu qara keçəcək
Bakıda və Abşeron yarımadasında həftəsonu buludlu hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 2-də fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacaq.

Aprelin 3-də əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah fasilələrlə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti təşkil edəcək.

Aprelin 3-də də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar