Həftəsonu hava necə olacaq?
02 Sentyabr 2011 Cümə 12:22
Bakı. Sevil Zeynalqızı - APA. Bakı və Abşeron yarımadasında sentyabrın 3-də hava günəşli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22, gündüz 31-36, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Sentyabrın 4-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 32-37 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında sentyabrın 3-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 4-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Gecə 17-22, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: