Həftəsonu hava mülayim keçəcək
07 May 2010 Cümə 13:45
Bayramda Bakıda 24 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında bu gün 23 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə, hananın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 19-23° isti, axşam 13-15° isti təşkil edəcək.

Mayın 8-də dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-23° isti olacaq.

Mayın 9-da səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-22° isti olacaq.

Mayın 10-da havanın buludlu, səhər bəzi yerlərdə zəif duman olacağı gündüz havanın arabir açılacağı,
gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-24° isti olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin 7-dən 8-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti təşkil edəcək.

Mayın 9-10-da əksər rayonlarda əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar