Həftəsonu hava buludlu və çiskinli olacaq
12 Mart 2010 Cümə 11:45
Həftəsonu hava buludlu və çiskinli olacaq. Dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Həftəsonu ölkə ərazisində dumanlı, çiskinli hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava buludlu olacaq, arabir açılacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 7-10° isti, axşam 4-6° isti olacaq.

Martın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Lakin axşam bəzi yerlərdə çiskinli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.

Martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq.

Martın 15-də də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 13-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-7° isti olacaq.

Martın 14-15-də hava gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal rayonlarında intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti təşkil ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar