Avtobusla Həccə getmək istəyənlər üçün ayrılan 300 nəfərlik yerə sənəd qəbulu başa çatıb. Təyyarə ilə ziyarətə getmək istəyənlərin isə sənədlərinin qəbulu davam etdirilir. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu il Həcc ziyarətində iştirak edəcək zəvvarlardan qrip əleyhinə vaksin vurdurmaları ilə bağlı arayış tələb olunacaq.
Qeyd edək ki, noyabr ayının əvəllərində başlayacaq Həcc ziyarəti üçün bu il Qafqaz Müsəlmanları İdarəsi kvotanı 6 mindən, 2 min nəfərə qədər azaldıb.
Xatırladaq ki, bu il Həcc ziyarətinin qiymətində dəyişiklik baş verməyib. Belə ki, bu il Həccə getmək istəyənlər ötən il olduğu qədər - avtobusla 2 min manat, təyyarə ilə isə adambaşına yerləşmədən asılı olaraq, 3500-5000 manat ödəməli olacaqlar.