Həbsdə olan jurnalistlərin və bloggerlərin ailələrinə yardım ayrılıb
29 Dekabr 2009 Çərşənbə Axşamı 11:55
Maliyyə vəsaitini Açıq Cəmiyyət İnstitutu Yardım Fondu verəcək
“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin məktubuna əsasən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu həbsdə olan jurnalistlərin ailə üzvləri üçün əlavə olaraq 10.000 ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb.
“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu”ndan Turana verilən məlumata görə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsinə 3000 ABŞ dolları (həyat yoldaşı Ayəndə Mürsəliyevanın müraciətinə əsasən), “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 3000 ABŞ dolları (atası Emin Fətullayevin müraciətinə əsasən), bu yaxınlarda prezidentin əfv sərəncamına əsasən azadlığa buraxılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun ailəsinə 1000 ABŞ dolları (həyat yoldaşı Arzu Hüseynovanın müraciətinə əsasən), AN onlayın televiziyasının rəhbəri Emin Millinin (Abdullayev) ailəsinə 1000 ABŞ dolları (anası Natella Abdullayevanın müraciətinə əsasən),İnternetdə tanınmış videobloqer Adnan Hacızadənin ailəsinə (atası Hikmət Hacızadənin müraciətinə əsasən) 1000 ABŞ dolları məbləğində maliyyə yardım edilib.
Məlumata görə bütövlükdə 9.000 ABŞ dolları məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: