Havanın temperaturu 5-8 dərəcə yüksələcək
13 Aprel 2011 Çərşənbə 12:52
Bakı və Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi arabir güclənəcək
Aprel ayının 14-15-də ölkə ərazisində əsasən yağmuruz hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu günlərdə cənub-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, temperaturun isə tədricən 5-8 dərəcə yüksələcəyi proqnozlaşdırılır.
Bakı və Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi arabir güclənəcək. Ayın 14-də gündüz cənub-qərb küləyinə keçəcək, 15-də isə küləyin sürəti arabir yenidən güclənəcək. Aprelin 16-dan yenidən şimal-qərb küləyi ilə əvəz ediləcək. Paytaxtda və yarımadada havanın temperaturu ayın 14-də 13-16, 15-də 15-18, 16-da isə 12-15 dərəcə təşkil edəcək.
Rayonlarda aprelin 15-16-da əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə dumanlı hava şəraiti gözlənilir. Şənbə günü gecə və axşam bəzi yerlərdə yağış yağacağı, ayın 15-16-da əsən cənub-qərb küləyinin arabir güclənəcəyi ehtimal edilir. Aran rayonlarında 18-23, dağlıq rayonlarda isə 7-11 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: