Havanın temperaturu 38 dərəcəyə kimi artacaq
27 İyul 2009 Bazar Ertəsi 13:20
İyulun 29-u və 30-da isə temperaturların bir qədər mülayimləşməsi meteohəssas insanlar üçün əlverişli olacaq

 

Ölkə ərazisində havanın tempraturu 38 dərəcəyə kimi artacaq. Bu barədə məlumatı ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev verib. Onun sözlərinə görə, yaxın üç gündə hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

İyulun 27-də şimal-şərq küləyi əsəcək, arabir küləyin sürəti nisbətən güclənəcək. Havanın temperaturu gündüz  32-35°, axşam  26-28° olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 24-25° olacaq.  

İyulun 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacağı ehtimal edilir. Axşam buludluluğun  artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb, şimal küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 24-27°,  gündüz  32-35°, Abşeron çimərliklərində dəniz  suyunun  temperaturu  24-25 dərəcə olacaq.  

İyulun 29-da havanın arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağajağı ehtimalı var. Şimal küləyi arabir yarımadanın bəzi yerlərində  güclənəcək. Havanın temperaturu gecə  22-24°,  gündüz  26-29 dərəcə olacaq.

İyulun 30-da buludlu hava şəraiti arabir açılacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə  22-24°,  gündüz  27-30 dərəcə olacaq.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu  gecə  20-25°, gündüz  35-39°, dağlarda gecə 10-15°,  gündüz  20-25° olacaq.

İyulun 28-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu  meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı 2 gün ərzində arabir güclənən  xəzri küləyi ilə əlaqədar temperaturların bir qədər mülayimləşməsi meteohəssas insanlar üçün əlverişli olacaq. 

İyulun 29-30-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə  20-25°, gündüz  33-38°, dağlarda gecə 10-15°,  gündüz  19-24 dərəcə isti müşahidə ediləcək.  /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar