Ölkə

Hava sərinləyir

Yaxın üç gün ərzində Abşeron yarımadasında xəzri küləyi əsəcək

· Xəbərçi
Hava sərinləyir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin davam etməsi və temperaturun tədricən enərək iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Şərhlər