Hava haqqında
15 Avqust 2011 Bazar Ertəsi 11:46
Abşeron yarımadasında xəzri küləyinin davam etməsi meteohəssas insanlar üçün nisbətən əlverişli sayılır
Bakı. Sevil Zeynalqızı-APA. Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, ayın 16-da paytaxtda mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Avqustun 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 16-da hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti olacaq, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti gözlənilir.
Avqustun 17-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin davam etməsi və temperaturun tədricən enərək iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
DOSTLARINLA PAYLAŞ: