Hava dumanlı ve buludlu olacaq
12 Fevral 2014 Çərşənbə 07:38
Bölgələrdə havanın temperaturu 14 dərəcəyə çatacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin buludlu, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan gündüz 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar