Martın 14-də qərb rayonlarından başlayaraq martın 18-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosundan məlumat verilib. Mühəndis sinoptik Yeganə Cabbarovanın verdiyi məlumata görə, fasilələrlə yağış yağacağı, martın 15-i axşam və martın 16-17-də dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperaturlar tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusilə Quba-Xaçmaz bölgəsi çaylarında qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
Martın 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır. Martın 14-də respublikanın rayonlarında havanın əsasən buludlu olacağı, bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti gözlənilir.
Bakıda və Abşeron yarımadasında martın 15-də hava buludlu olacaq, arabir açılacaq. Axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Qərb, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 5-7, gündüz 9-12 dərəcə isti olacaq.
Martın 15-16-da rayonlarda arabir yağış yağacağı, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Martın 16-da yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ayın 15-də gecə 4-9, gündüz 16-21 dərəcə isti, ayın 16-da isə 10-15 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti olacağı ehtimalı var.
Röya Rəfiyeva /ANS PRESS/